Son turun ən yaxşısı “Sumqayıt”dan oldu
Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 16-cı turunun ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovdur. Gənc futbolçu “Zirə”yə qarşı görüşdə (2:1) 90 dəqiqə meydan olub və komandasının qələbə qoluna imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin