“Neftçi”nin futbolçusu 100-ü yarıladı
Azərbaycan Premyer Liqasının 13-cü turu “Neftçi”nin futbolçusu Soni Mustivar üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. “Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub.
2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Soni, Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb. O, qollarından ikisini çempionatda, birini kubokda vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin