Ağayev 50-yə çatdı
Azərbaycan Premyer Liqasının 11-ci turu “Neftçi”nin qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, qolkiper Bakı klubunun heyətində 50-ci çempionat oyununu keçirib. “Keşlə” ilə görüşdə 1:2 hesabı ilə uduzan “ağ-qaralar”ın qapıçısı bu matçlarda 46 top buraxıb. O, 2017/18 mövsümündə 11 (-11), ötən çempionatda 28 (-26), cari turnirdə 11 (-9) qarşılaşmada iştirak edib.
Səlahət Azərbaycan çempionatları tarixində “Neftçi”də 50 və daha çox oyun keçirən 6-cı qapıçıdır. Ağayev bu göstəricidə Elxan Həsənov (135), Saşa Stamenkoviç (98), Vladimir Miçoviç (92), Cahangir Həsənzadə (82) və Hüseyn Məhəmmədovdan (51) geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin