Azərbaycan Premyer Liqasından Gürcüstan millisinə

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili, “Sabah”ın hücumçusu Davit Volkov və “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət alıblar.

Komanda.az xəbər verir ki, Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Monqolustana qarşı yoldaşlıq, Norveçlə isə AÇ-2024-ün seçmə mərhələ oyunlarına Azərbaycan Premyer Liqasında çıxış edən legionerləri də çağırıb.

Oyunlar müvafiq olaraq martın 25-də və 28-də Batumidə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button