Azərbaycan Premyer Liqasında son 19 mövsümün rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir.

2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.

2021/2022 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button