Premyer Liqa: 9 mövsümlük ənənə qırıldı

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb. Belə ki, sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib. 3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə İcraiyyə Komitəsi verib.

Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button