Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının 11-ci turunda 2023/2024 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.
Komanda.az xəbər verir ki, bunun üçün 4 oyunun keçirilməsi kifayət edib.
Belə ki, turun geridə qalan matçlarına ümumilikdə 11 750 azarkeş toplaşıb. Bu isə cari mövsümün ən yüksək göstəricisidir. Buna qədər rekord 6-cı tura məxsus idi – 10 950 nəfər.
11-ci turun “Turan Tovuz” – “Kəpəz” oyununda 5000, “Neftçi” – “Sabah” matçında 4600, “Sumqayıt” – “Qəbələ” görüşündə 1350, “Zirə” – “Səbail” qarşılaşmasında isə 800 azarkeş olub.
Turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin