Azərbaycan Premyer Liqasının ən yüksək dəyərlı futbolçuları – SİYAHI

Azərbaycan Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçular məlum olub.

Komanda.az xəbər verir ki, “Transfermarkt” portalı Azərbaycan çempionatında çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.

“Qarabağ”ın legioneri Leandro Andradenin dəyəri 500 min avro artaraq komanda yoldaşı Kadi Borgesə çatıb. Hər iki oyunçunun qiyməti 2,5 milyon avro göstərilib.

İlk 3-lüyu Ağdam təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə qapayır – 2 milyon avro. O, 200 min avro artımla bu mövqedəki yerini möhkəmləndirib. Axundzadə həm də Premyer Liqanın ən bahalı yerli futbolçusudur.

Növbəti pillələrdə “Qarabağ”dan Aleksey Kaşuk (1,8 milyon avro, dəyişməyib), Mateuş Koxalski (1,5 milyon avro, dəyişməyib), Toral Bayramov (1,5 milyon avro, 300 min avro artıb), Yassin Benzia (1,2 milyon avro, dəyişməyib), Elvin Cəfərquliyev (1,2 milyon avro, 300 min avro artıb), Emmanuel Addai (1,2 milyon avro, dəyişməyib) və “Zirə”dən Salifu Suma (1,2 milyon avro, 350 min avro artım) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button