Premyer Liqa: “Neftçi” ən yaxşı oldu
Azərbaycan Premyer Liqasında 3-cü dövrə başa çatıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, dövrənin 28 oyununda 59 qol vurulub. Qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb.
Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidir. “Sumqayıt”la “Zirə” də ağdamlılar kimi yalnız bir dəfə uduzub. Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadır.
Premyer Liqada 21 turdan sonra “Qarabağ” liderdir, “Neftçi” isə 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin