Azərbaycan Premyer Liqasına yüksələn komanda 2 futbolçu ilə vidalaşdı

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Karvan” iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bölgə klubu İzzət Müştaqov və Elvin İsmayılovla vidalaşıb. Hər iki oyunçunun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

“Karvan” 2024/2025 mövsümündə 1-ci Liqada üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button