Azərbaycan Premyer Liqasına vəsiqə qazanan komanda 5 futbolçu ilə vidalaşdı

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “İmişli” klubu beş futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

“İmişli” 2024/2025 mövsümündə 1-ci Liqada ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button