“Turan Tovuz”la “Zirə” mövsümü qələbə ilə bitirdilər

Mayın 23-də Azərbaycan Premyer Liqasında sonuncu – 36-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Səbail” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların böyükhesablı qələbəsiylə yekunlaşıb.

Dünən çempion “Qarabağ” mövsümün son turunda Şamaxıda eyniadlı komandanın qonağı olub və minimal hesabla qalib gəlib.

Günün ikinci oyunu Masazırda keçirilib. “Sabah” doğma meydanda “Neftçi” ilə görüşüb. Bu oyunda da meydan sahibləri qələbə qazanıblar.

Tura bu gün keçirilən oyunlarla yekun vurulub. Əvvəlcə Tovuzda “Turan Tovuz”la “Kəpəz” üz-üzə gəlib. Tovuzlular evdə darmadağına seviniblər.

Turun və Premyer Liqada mövsümün son matçı “Araz-Naxçıvan”la “Zirə” arasında olub. Bu görüşdə isə “Zirə” qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, 36-cı tur

23 may

Səbail – Sumqayıt 1:4
Qollar: Suleyman Alluş, 21 – Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 19:30

Səbail: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 11. Rüfət Abdullazadə (k), 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 4. Marko Nikoliç, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 83. Nihad Quliyev, 89. Ömər Qurbanov, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 5. Gitay Sofir, 21. Ayman Buali.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 11. Momo Yansane, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Məşqçi: Şahin Abdullayev.

24 may

Şamaxı – Qarabağ 0:1
Qol: Emmanuel Addai, 86.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu, 17:00

Şamaxı: 62. Abdulla Seydəhmədov 14. Vüsal Məsimov 5. Arsen Ağcabəyov 23. Murad Vəliyev 18. Cəlal Hüseynov (k) 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 19. Fəxri Məmmədli 3. Vladislav Veremeyev 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 89. Cəfər Muxtarov 71. Natiq Ağamalıyev 70. Nicat Xasıyev
Baş məşqçi: Ayxan Abbasov

Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

Sabah – Neftçi 1:0
Qol: Jesse Sekidika, 64.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə,
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 19:30

Sabah: 92. Stas Pokatilov, 10. Namik Ələskərov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 11. Kahem Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.

25 may

Turan Tovuz – Kəpəz 4:0
Qollar: Aleks Souza, 10; 23. Turan Manafov, 42-öz qapısına. Ayxan Hüseynov, 44.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 17:00

Turan Tovuz: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva 23. Alexandro Serrano 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 40. Kauan Martins 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 19. Orxan Əliyev 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 13. Fərid Yusifli 77. Veysəl Rzayev 30. Mircamal Əlizadə 5. Roderik Miller 6. Araş Qaderi 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev

Kəpəz: 1. Rojerio Santos 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 3. Mahamadu Ba 10. Karim Lkoça
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 70. Nicat Süleymanov 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 97. Nicat Məmmədov 13. Elxan Məmmədov 91. Nihad İsaqov 11. Trent Buhagiar 88. Şevroni Mabatşoev
Baş məşqçi: Azər Bağırov

Araz-Naxçıvan – Zirə 0:1
Qol: Junior Martins, 58.
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”, 19:30

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 18. Junior Martins, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button