Premyer Liqada mövsümün rekordu təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.

Komanda.az xəbər verir ki, bu, 18-ci turda üç böyükhesablı nəticənin qeydə alınması ilə mümkünləşib.

“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qələbə qazanıb. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qalib gəlib.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız 12-ci turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla məğlub edib.

Cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button