Premyer Liqa: Cərimə meydançasından qapıya ən çox zərbə endirən klublar bilindi
Azərbaycan Premyer Liqasında cərimə meydançasından qapıya ən çox zərbə vuran klublar bilinib.
Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) araşdırma aparıb.
“Qarabağ” ilk pillədə qərarlaşıb. “Köhlən atlar” hər matçda ortalama 6,67 dəfə cərimə meydançasından zərbə endiriblər.
İkinci sırada “Sabah” (6 zərbə) yer alıb.
İlk üçlüyü “Turan Tovuz” (4,38 zərbə) qapayır.
Növbəti mövqelərdə “Neftçi” (4,31 zərbə), “Araz-Naxçıvan” (3,83 zərbə), “Şamaxı” (3,75 zərbə), “Sumqayıt” (3,67 zərbə), “Zirə” (3,54 zərbə), “Kəpəz” (2,46 zərbə), “Səbail” (2,08 zərbə) qərarlaşıb.
“Qarabağ” dünyanın 63 liqa təmsilçilərinin yer aldığı siyahıda cərimə meydançasından qapıya zərbələrə görə 54-cü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin