Premyer Liqada ikihakimiyətlilik yarandı

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçı Qəbələdə olub. “Qəbələ” “Keşlə”ni qəbul edib. Keşlə təmsilçisi ötən tur evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etməklə, qış fasiləsindən sonra ilk qələbəsini qazanaraq, son pillədən qurtulmuşdu. Tərlan Əhmədovun komandası Qəbələ səfərində də azı 1 xal əldə etmək istəyirdi. “Keşlə”nin bu istəyi baş tutub. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda qol vurulmayıb. Bununla da, “Qəbələ” doğma meydanda, autsayderlərdən olan “Keşlə” ilə görüşdə xal itirib.

Günün digər oyununda debütant “Sabah” son çempion “Qarabağ”ı qəbul edib. “Köhlən atlar” lider “Neftçi”ylə aradakı 1 xallıq fərqin böyüməməsi üçün bu görüşdən qələbə ilə ayrılmağa çalışıblar. “Sabah” isə bundan əvvəlki dövrədə olduğu kimi, “Qarabağ”la ən azı heç-heçə etmək üçün mübarizə aparıb. Qarşılaşma da məhz 1:1 hesabıyla başa çatıb.

Turun qalan iki oyunu bu gün keçirilib. Lider “Neftçi” 3-cü pillədə qərarlaşan “Səbail”i qəbul edib. “Ağ-qaralar” zirvədəki yeri qorumaq üçün bu oyunda 3 xal uğrunda “döyüşüb”. Amma qarşılaşma qonaqların gözlənilməz qələbəsiylə başa çatıb.

Autsayderlər qrupunda qərarlaşan “Sumqayıt”la “Zirə”nin duelindən kimin qalib ayrılacağı da maraq doğururdu. Məğlub olan komanda “zirzəmi”də qalmalı olacaqdı. Bu oyunda da qələbə qonaqlara qismət olub. Nəticədə, “Zirə” “Sumqayıt”ı sonuncu pilləyə göndərib.

Azərbaycan Premyer Liqası, 18-ci tur

23 fevral

Qəbələ – Keşlə 0:0

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

Keşlə: 1. Kamran Ağayev (k), 4. Slavik Alxasov, 9. Amil Yunanov,93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 17. Samir Məsimov, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 19. Azər Salahlı, 23. Conatan Ayite, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 66. Murad Qayalı, 91. Nurlan Quliyev

Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

Sabah – Qarabağ 1:1

Qol: Bədavi Hüseynov, 71-öz qapısına – Reynaldo, 19.

Qırmızı vərəqə: Erik Ramos, 77.

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 27. Bəxtiyar Soltanov, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 33. Eltun Turabov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

Baş məşqçi: Elşad Əhmədov

Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 19. Filip Ozobiç, 10. Dani Kintana, 99. Reynaldo Silva, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 17. Abdullah Zubir, 77. Donald Gerye, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________

24 fevral

Neftçi – Səbail 1:2

Qol:
Baqali Dabo, 56 – Kevin Kubemba, 35. Yevgeni Koçuk, 43.

Hakimlər:
Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
8-ci km stadionu

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 6. Qoran Paratski, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov36. Mamadu Kane, 4. Petru Raku, 33. Turan Vəlizadə, 32. Mirkamil Əliyev, 70. Əli Şirinov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Roberto Bordin

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 9. İmanol İriberri, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 4. Enrike Perilyo, 3. Tamazi Tsetsxladze, 21. Oke Akpoveta, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

Sumqayıt – Zirə 0:1

Qol: Mfo Kqasvane, 23.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 9. Ehtiram Şahverdiyev, 18. Süleyman Əhmədov.

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev.

Baş məşqçi: Ayxan Abbasov.

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 17. Robin Nqalande,  23. Mfo Kqasvane, 20. İsmael Fofana, 38. İlkin Muradov.

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 26. Miloş Radivoyeviç, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 18. Xulio Sezar Rodriqes, 3. Budaq Nədirov, 91. Bilal Həmdi, 99. Rafael Məhərrəmli.

Baş məşqçi: Samir Abasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button