Tokio-2020: Azərbaycan 12-ci “qızıl”ını qazandı

Azərbaycan paraüzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

Komanda.az xəbər verir ki, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Bu, Azərbaycanın paralimpiadada 12-ci, Salehin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button