
Azərbaycan paraüzgüçüsü dünya çempionatında “bürünc” qazanıb
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
İdmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.
Saley yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



