
Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə “gümüş” qazanıb
Azərbaycan paralimpiyaçısı Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Komanda.az-a verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşdə (P2) ikinci yeri tutub.
Millinin digər üzvü Yelena Taranova da finala vəsiqə qazanıb və yarışı 5-ci yerdə başa vurub.
Turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin