
Azərbaycan – Monteneqro matçlarının hakimləri məlum oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı çərçivəsində Monteneqro yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək oyunların baş hakimləri İslam Məmmədov və Şamil İmanzadə olacaq.
Azərbaycan U-17 – Monteneqro U-17
15 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Mahmud Bağırzadə
Azərbaycan U-17 – Monteneqro U-17
18 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Murad Səlimov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin