
Azərbaycan – Monteneqro matçının hakimləri bilindi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Komanda.az xəbər verir ki, noyabrın 30-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Emanuela Rusta
Baş hakimin köməkçiləri: Erinda Kume, Miryeta Salla
Dördüncü hakim: Soada Tuşay
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin