Azərbaycan – Monteneqro matçından sonra dava düşdü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb – 0:0.

Komanda.az xəbər verir ki, Rəşad Əhmədovun idarə etdiyi oyun bitəndən dərhal sonra iki komandanın futbolçuları arasında elə meydançada dava düşüb. Davanın baş verməsində əsas günahkarlar Monteneqro millisinin bir neçə üzvü olub.

Digər şəxslərin müdaxiləsi ilə iki tərəfi ayırmaq mümkün olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button