DÇ-2026: Azərbaycan millisi Fransaya məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, milli DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə üz-üzə gəlib.

D qrupunda qərarlaşmış milli komanda 3-cü turun oyununa səfərdə çıxıb. “Park de Prens” stadionunda keçirilən oyunu Norveçdən olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, Azərbaycan millisi bu seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. Ukrayna yığması ilə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Fransa yığması isə seçmə mərhələyə uğurlu başlayıb. Didye Deşamın rəhbərlik etdiyi komanda Ukrayna (2:0) və İslandiya (2:1) ilə oyunlardan qalib ayrılıb və hazırda 6 xalla vahid lider idi. Azərbaycan millisi isə 1 xalla qrup sonuncusu idi.

Bu komandaların oyununda isə gözlənildiyi kimi, fransızlar böyük hesabla qalib ayrılıblar. Azərbaycan yığması bu görüşdə üç cavabsız qola üzülüb.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

10 oktyabr

Fransa – Azərbaycan 3:0
Qollar: Kilian Mbappe, 45+2. Adrien Rabyo, 69. Florian Toven, 84.
Baş hakim: Rohit Saqqi (Norveç).
Paris. “Park de Prens” stadionu. Saat 22:45.

Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 4. Dayot Upamekano, 7. Kinqsli Koman, 9. Huqo Ekitike, 10. Kilian Mbappe (k), 11. Mikael Olise, 14. Adrien Rabyo, 17. Vilyam Saliba, 19. Kefren Türam, 22. Teo Ernandes.
Ehtiyat oyunçular: 1. Bris Samba, 23. Lukas Şevalye, 3. Lyuka Din, 5. Jül Kunde, 6. Eduardo Kamavinqa, 8. Manu Kone, 12. Maqnes Akliuş, 13. Jan-Filipp Mateta, 15. İbrahima Konate, 18. Kristofer Nkunku, 20. Florian Toven, 21. Lukas Ernandes.
Baş məşqçi: Didye Deşam.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rahil Məmmədov, 6. Murad Xaçayev, 7. Anatoli Nuriyev, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 19. Nəriman Axundzadə, 20. Faiq Hacıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button