Azərbaycan millisinin və “Neftçi”nin oyun təqvimi açıqlanıb

İspaniyanın Melilya şəhərində keçirilən 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsində Azərbaycan millisinin və “Neftçi” klubunun oyun təqvimi açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma C qrupunda İspaniya seçməsi və “Yuanda” (Çin) klubu ilə, “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) komandası və Portuqaliya millisi ilə qarşılaşacaq.

Millimiz ilk matçını avqustun 18-də, saat 20:20-də İspaniyaya, “Neftçi” isə həmin gün, saat 19:55-də Portuqaliyaya qarşı keçirəcək.

18-19 avqust tarixlərində keçiriləcək qrup mərhələsində ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button