Azərbaycan millisinin üzvü yenidən Macarıstan klubunda
Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova özünə yeni iş yeri tapıb.
Komanda.az xəbər verir ki, voleybolçumuz keçmiş komandası “Vaşaş”a qayıdıb.
Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ayşən 2018-2020-ci illər aralığında məhz Budapeşt təmsilçisinin uğurları üçün çalışıb. Mərkəz oyunçusu bu komandada keçirdiyi iki mövsüm ərzində həm ölkə çempionu olub, həm də Macarıstan kubokunu qazanıb.
28 yaşlı voleybolçu geridə qalan mövsümdə Türkiyənin “Sarıyer Bələdiyyəsi” komandasının uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin