Azərbaycan millisinin üzvü üçün 7 dəqiqə və 3 xal

Futbol üzrə Avstriya 2-ci liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Qrazer”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Barış da bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

“Austria” hazırda 18 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button