Dadaşov Türkiyəyə gedir – Müqavilə üçün

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun “Ankaragücü”nə keçəcəyi məlum olub.

Komanda.az “Zafer Gazetesi”nə istinadən xəbər verir ki, 25 yaşlı forvardın Türkiyə klubu ilə müqavilə üçün Ankaraya yollanacağı vaxt məlumdur.

O, bu gün axşam saatlarında Ankaraya yollanacaq və Birinci Liqa klubu ilə rəsmi müqavilə imzalayacaq.

Müqavilə əsasında İsveçrənin “Qrosshoppers” klubuna məxsus olan Dadaşov ötən mövsümü icarə əsasında Türkiyənin Super Liqa təmsilçisi “Hatayspor”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button