Azərbaycan millisinin üzvü “Sportinq”lə anlaşıb
Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.
Komanda.az “Record” nəşrinə istinadən xəbər verir ki, hazırda Rusiyanın “Tümen” komandasında forma geyinən 30 yaşlı hücumçu “Sportinq”lə anlaşıb. O, növbəti mövsümdən Lissabon klubunun heyətində çıxış edəcək.
Vilela mövsümün əvvəlində Qazaxıstanın “Kayrat” klubuna icarəyə verilsə də, ötən ilin dekabrında sözləşmə ilə məxsus olduğu “Tümen”ə qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin