Azərbaycan millisinin üzvü Rusiyada klubunu dəyişdi
Azərbaycanın qadınlardan ibarət millisinin futbolçusu Alina Dorofeyeva “Rubin”ə transfer olunub.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya Super Liqasının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Milli üzvü son mövsümü digər Super Liqa təmsilçisi “Yenisey”də keçirib. O, meydana çıxdığı 24 oyunda 2 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin