Azərbaycan millisinin üzvünün komandasında koronavirus şoku
Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi ABŞ-ın “Feniks Rizinq” klubunun üç futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında deyib. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb və onlar məşqlərdən 10 günlük kənarlaşdırılıb.
Rüfət Dadaşov yanvarda Almaniyanın “Proysen” klubundan “Feniks Rizinq”ə keçib. 28 yaşlı hücumçu Azərbaycan milli komandasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin