Ramil Şeydayevin klubundan baş məşqçi qərarı
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” klubunda baş məşqçi Dmitri Xoxlovun gələcək taleyi məlum olub.
Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Rusiya Premyer Liqasında qış fasiləsinə qədər komandanın “sükanı arxasında” qalacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xoxlovun rəhbərliyi ilə “Dinamo” 10 turdan sonra 10 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Ramil bu mövsüm Rusiya Premyer Liqasında iştirak etdiyi 6 oyunda bir qol vurub, bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin