Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
Azərbaycan millisinin və “Səbail”in qolkiperi Emil Balayev yenidən legioner həyatı yaşayacaq.
Komanda.az xəbər verir ki, bir müddət Almaniyada oynayan 24 yaşlı qapıçı, karyerasını Qazaxıstanda davam etdirəcək.
Emil Premeyr Liqa təmsilçisi “Tobol”la danışıqları müsbət tamamlayıb. O, sabah “Səbail”in Antalya toplanışını tərk edəcək və Bakıya qayıdacaq. Balayev, Bakıda 3 gün qaldıqdan sonra yenidən Türkiyəyə qayıdacaq və “Tobol”un hazırlığına qatılacaq. Azərbaycan millisinin üzvü “Tobol”la iki illik müqavilə bağlayıb. (futbol11.az)
Balayev “Neftçi”nin yetirməsidir. O, 2015-ci ildə Almaniyanın “Ayntraxt” klubuna transfer olsa da, rəsmi debüt edə bilməmişdi. Balayev “Səbail”ə 2017-ci ildə “Qarabağ”dan keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin