Azərbaycan millisinin üzvü “Qarabağ”a keçib

Azərbaycan həndbol millisinin üzvü Nicat Əzizov karyerasını “Qarabağ”da davam etdirəcək.

Bu barədə Komanda.az-a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

35 yaşlı oyunçu ötən mövsümü “Bakı” klubunda keçirib. Bu transfer oyunçunun “Qarabağ”a ikinci dönüşü kimi yadda qalacaq.

Əzizov karyerası ərzində “Məhsul” klubunun da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button