Azərbaycan millisinin üzvü mövsümü bitirdi
Azərbaycan millisinin və “Eştoril”in üzvü Renat Dadaşov cəzalandırılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya Sequndasının 32-ci turunun “Akademiko Vizeu” matçında qırmızı vərəqə alan Dadaşov, 3 oyunluq cəzalanıb.
“Eştoril”in 1:3 hesabıyla məğlub olduğu oyunun 54-cü dəqiqəsində meydandan qovulan Renat, mövsümün qala hissəsində komandasına kömək edə bilməyəcək.
Portuqaliya Sequndasında 32 oyuna topladığı 51 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşan “Eştoril”in sona 2 tur qalmış, elitaya yüksəlmək şansı qalmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin