Mahir Emrelinin klubu sabiq “Qalatasaray”lı ilə gücləndi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisi müdafiəçi Mattias Yohansson və yarımmüdafiəçi Jozueni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Mattiasın son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Jozue isə İsrailin “Hapoel” (Beer-Şava) klubunda çıxış edib.

Jozue karyerası ərzində Portuqaliyada “Portu”, Türkiyədə “Bursaspor”, “Qalatasaray”, “Osmanlıspor”, “Akhisarspor” kimi klublarda forma geyinib. Yarımmüdafiəçi Portuqaliya yığmasında 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button