
DÇ-2022: Emin Mahmudov zirvədə
Azərbaycan millisinin üzvü Emin Mahmudov DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ikili mübarizədən ən çox qalib ayrılan futbolçudur.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 26 dəfə belə top qazanıb. Mahmudovu sloveniyalı müdafiəçi Petar Stoyanoviç izləyir (18).
Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cü sırada qərarlaşıb. O, 17 dəfə rəqibindən topu oğurlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin