Nazarov: “Qarşılaşmanın sonunda Qaret Beyl yanıma gəldi və…”

Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.

Komanda.az “tag24.de” saytına istinadən xəbər verir ki, Nazarov, Uelsə 1:2 hesabıyla məğlub olduqları oyun haqda danışıb:

“Uelsdə öz qapımızda vurduğumuz da daxil olmaqla, iki qəribə qol buraxaraq uduzduq. Bu, çox üzücü idi.

Qarşılaşmanın sonunda Qaret Beyl yanıma gəldi və sərgilədiyimiz oyunu təriflədi. Sonra formaları dəyişdirmək istəyib-istəmədiyimi soruşdu.

Milli himn səslənəndə tüklərim biz-biz olur.

Xorvatiya ilə çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiçlə nə vaxt qarşılaşırsan ki?”

Azərbaycan millisi bu gün Xorvatiya ilə qarşılaşacaq. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button