Azərbaycan millisinin üzvü: “Bir-iki həmyerlimiz olsaydı…”

Rusiyanın “Tümen” klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela “72.ru” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu ciddi rejimlə məşq etdiyini deyib:

“Gizlətmirəm, futzal mənim üçün hər şeydir. Mağazaya gedib qızım və həyat yoldaşım üçün nəsə ala bilirəmsə, hamısı bunun sayəsindədir. Bura gözəl və təmizdir.

Əslində çox yerə getmirəm. Hazırda soyuqdur və bizdə ciddi idman rejimi var. Hətta həftəsonları da zalda məşq edirəm. Axşamlar isə ailəmlə, dostlarımla ünsiyyət qururam”.

Vilela rusların braziliyalılar qədər açıq olmadığını sözlərinə əlavə edib:

“Sizdə belə mentalitet olduğunu başa düşürəm. Biz dərhal ünsiyyət qurmağa başlayırıq. Ancaq Rusiyada belə şey yoxdur. Tümendə daha çox braziliyalının olmasını istərdim. Bir-iki həmyerlimiz olsaydı, bu qədər darıxdırıcı olmazdı və uyğunlaşma daha yaxşı keçərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button