“Dünən əleyhimizə verilən yanlış qərarla…”

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə səfərdə Macarıstana məğlub olduqları oyunda (0:1) edilən hakim səhvinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, görüşün baş hakimi Dennis Hiqler məhz Bəhlulun qapıya göndərdiyi topu “əllə oynama” hesab edərək, qolu qeydə almamışdı. Bəhlul bununla bağlı “instagram” hesabından paylaşım edib:

“Təəssüflər olsun ki, dünən əleyhimizə verilən yanlış qərarla xal ala bilmədik. Ümid edirəm ki, gələcək oyunlarda daha əzmkar, daha məsuliyyətli olub, sizi sevindirəcəyik!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button