Azərbaycan millisinin üzvü Almaniya klubuna keçib
Azərbaycan millisinin badmintonçusu Eddi Reski Dviçao karyerasını Almaniyada davam etdirəcək.
Komanda.az “Wn.de” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı oyunçu “Union lüdinghausen”ə keçib.
Əslən İndoneziyadan olan badmintonçu ictimaiyyətə təqdim olunub.
Dviçao 2017-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, 2021-ci ildə Tokiodakı Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin