
Azərbaycan millisinin üzvü Albaniya çempionu oldu
Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.
Komanda.az xəbər verir ki, sözügedən komanda pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya” ilə qarşılaşıb.
“Eqnatiya” 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Xatırladaq ki, Əliyev “Eqnatiya”ya bu mövsümün əvvəlində qoşulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



