Azərbaycan millisinin üzvləri əməliyyat edilib

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvləri Turan Bayramov və Əliabbas Rzazadə əməliyyat olunub.

Güləş Federasiyasından Komanda.az-a verilən məlumata görə Avropa ikincisi və U-23 dünya çempionu Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.

Bayramovun 5, Rzazadənin isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button