
Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri müəyyənləşib
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Oyun saat 22:45-də başlayacaq.
Azərbaycan millisi Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin