Azərbaycan millisinin Türkiyə ilə harda oynayacağı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq matçının yeri və vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

İyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundan üç gün sonra Azərbaycan U-21-i Bakıda Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək.

Azərbaycanın əsas millisi iyunun 17-də AÇ-2024-ün seçmə mərhələsində Estoniyanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button