Azərbaycan millisi 7-ci oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, 7-ci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşan Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. Yığmanın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib.

Azərbaycan millisi qrup mərhələsində İsrailə 0:6, Ukraynaya 2:4, Latviyaya isə 0:2 hesabıyla uduzub.

Viktor Bannikov turniri

30 avqust

Azərbaycan – Litva 3:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button