Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.
2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək. Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin