Azərbaycan millisinin sabiq üzvünə FIVB-də vəzifə verilə bilər
Beynəlxalq Voleybol Federasiyası (FIVB) qurumun İdman Komissiyasına namizədlərin adlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, 16 nəfərlik siyahıda Azərbaycan millisinin sabiq voleybolçusu, hazırda Braziliyanın “Sesi” klubunda çıxış edən Polina Rəhimova da var.
31 yaşlı hücumçu komissiyaya seçiləcək 10 üzvdən biri ola bilər. Səsvermə yanvarın ikinci yarısında gerçəkləşəcək.
Qeyd edək ki, siyahıda Türkiyə voleybolunun tanınmış simalarından Neslihan Demir Gülerin də adı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin