Azərbaycan millisinin sabiq üzvü Ukraynada klubunu dəyişdi
Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.
Komanda.az xəbər verir ki, “İnqulets”dən ayrılan 27 yaşlı futbolçu karyerasını “Obolon”da davam etdirəcək.
O, Kiyev təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Müdafiəçi yeni klubunda 33 nömrəli formada oynayacaq.
Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək “Sumqayıt”ın formasını geyinib. O, Azərbaycanın U-21 millisində də 2 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin