Dadaşov “Şalke”nin əsas komandasında debüt edə bilər

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov “Şalke”nin əsas komandasında debüt edə bilər.

Komanda.az xəbər verir ki, 2-ci Bundesliqada çıxış edən “Şalke”nin bir neçə aparıcı futbolçusu sıradan çıxıb və baş məşqçi Dimitrios Qrammozis U-23 komandasından Dadaşovu, gənclər komandasında isə Keke Toppu əsas heyətə cəlb edib.

Dadaşov şans veriləcəyi halda, 2-ci Bundesliqanın 16-cı turunun “Sankt-Pauli” ilə oyununda debüt edə bilər. Matç saat 23:30-da start götürəcək.

Rüfət Dadaşov “Şalke”nin U-23 komandasında 13 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button