Azərbaycan millisinin sabiq üzvü Rusiyada klubunu dəyişdi
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü David Qarayev Rusiyada klubunu dəyişib.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını “Torpedo”da davam etdirəcək. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
“Torpedo” Rusiya 1-ci divizionunda mövsümü çempion başa vurub və Premyer Liqaya yüksəlib.
David Qarayevin son klubu “SKA Xabarovsk” olub. Onunla yanaşı, bu komandada azərbaycanlı hücumçu Kamran Quliyev də forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin