Azərbaycan millisinin sabiq üzvü həbs edildi
2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.
Komanda.az xəbər verir ki, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat yoxdu.
Sonuncu peşəkar klubu 2017-ci ildə “Rəvan” olan futbolçu təqsirləndirilən şəxs qismində gözaltına alınıb. Sportinfo.az-ın məlumatına görə, ötən mövsüm Region Liqasında çıxış etmiş Cəmşidin danışılmış oyunlarda iştirakına dair ciddi şübhələr var. İlkin ehtimal belədir ki, onun saxlanılması qeyri-leqal bukmeyker kontorlarıyla əlaqadardır. Məhərrəmovun müəyyən futbolçularla əlbir olaraq Premyer Liqanın bəzi matçlarına pul qoyuluşu etməsi və danışılmış oyunların təşkilində iştirakı araşdırılır.
Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində – formasını geyindiyi “Rəvan”la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı.
Bizi Facebook-da izləyin